Hüquqi Müstəvi redaksiyası tərəfindən təsis edilən Nəqliyyat hüququ elmi-praktik hüquq jurnalı 2004-cü il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmışdır və həmin ildən etibarən ildə 2-3 dəfə olmaqla dərc edilir.
Jurnalda hüquq elminin müxtəlif sahələri üzrə aktual nəzəri-praktiki elmi məqalələr dərc edilir. Məqalələrin dərc üçün qəbul edilməsi yenilik, aktuallıq, beynəlxalq və milli hüquq sistemləri üçün əhəmiyyəti və əldə edilən nəticələr kimi amillərə əsaslanır. Jurnalın əsas məqsədi hüquq elminin inkişafı, hüquq təhsili, nəzəri və praktik biliklərin inteqrasiyası üçün davamlı nəşrlərin həyata keçirilməsidir.
Nəqliyyat hüququ elmi-praktik hüquq jurnalının təhkim olunduğu Hüquqi Müstəvi beynəlxalq nəşriyyat olaraq elmi-praktik hüquq jurnallarının təqdim edilməsini həyata keçirir və elmi nəşriyyatın ön sıralarında yer alaraq elmi tədqiqat, kommunikasiya və nəşriyyat sahələrində davamlı fəaliyyət həyata keçirir. Nəşriyyat tərəfindən təqdim edilən bütün jurnallar dünya hüquq elmi ictimaiyyətinin bütün üzvləri üçün maksimum əlçatanlıq təmin etmək məqsədilə nəzəri və praktik məsələlərə yönəlmiş açıq giriş təqdim edir.
Elmi məqalələr anti-plagiat proqram təminatı vasitəsilə unikallığa görə nəzərdən keçirilir və müvafiq sahədə tanınmış mütəxəssislər tərəfindən qiymətləndirilir. Yalnız müsbət rəylər alındıqdan sonra məqalələr müzakirə üçün Redaksiya Heyətinə təqdim edilir və Şuranın müsbət qərarı ilə dərc olunur. Yenilik, aktuallıq, beynəlxalq və milli normativ hüquqi sistem üçün əhəmiyyətlilik, əldə edilən nəticələr və digər mühüm amillər elmi məqalələrin Jurnala çap üçün qəbul edilməsi üzrə əsas kimi çıxış edir.
Elmi məqalələr, əsasən, Azərbaycan, ingilis, rus, o cümlədən Redaksiya Heyətinin tövsiyə etdiyi digər dillərdə çap edilir.
ELMİ-NƏZƏRİ, TƏCRÜBİ JURNALI REDAKSİYA ŞURASININ TƏRKİBİ:
Zaur ƏLİYEV – Redaksiya Şurasının sәdri, Bakı Dövlәt Universiteti Hüquq fakültәsinin dekanı, dosent, hüquq üzrә fәlsәfә doktoru;
Əli HÜSEYNLİ – Azәrbaycan Hüquqşünasları Konfederasiyasının sәdri, hüquq üzrә fәlsәfә doktoru, Milli Mәclisin deputatı;
Fәrhad ABDULLAYEV – Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin sәdri, hüquq elmlәri doktoru;
Eminә YAZIÇIOĞLU – İstanbul Universiteti Hüquq fakültәsinin professoru, hüquq elmlәri doktoru;
Vasiliy FELİK – Kiyev Əqli Mülkiyyәt vә Hüquq Universitetinin rektoru, professor, hüquq elmlәri doktoru;
Leonid TİMÇENKO – Ukrayna Dövlәt Vergi Xidmәti Akademiyası Beynәlxalq әlaqәlәr şöbәsinin rәisi, professor, hüquq elmlәri doktoru;
Revol VALEVEY – Kazan Dövlәt Universitetinin professoru, hüquq elmlәri doktoru;
Əmir ƏLİYEV – Bakı Dövlәt Universiteti Hüquq fakültәsi “İnsan hüquqları vә infor- masiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmlәri doktoru;
Lәtif HÜSEYNOV – İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hakimi, professor, hüquq elmlәri doktoru;
Oktay ƏFƏNDİYEV – Azәrbaycan Dövlәt İqtisad Universiteti, “İqtisadiyyatın tәnzimlәnmәsi” kafedrası, professor, hüquq elmlәri doktoru;
İsaxan VƏLİYEV – Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyası “Hüquq” kafedrasının müdiri, professor, hüquq elmlәri doktoru;
Arif QULİYEV – Kiyev Əqli Mülkiyyәt vә Hüquq Universiteti, akademik, hüquq elmlәri doktoru;
Yaroslav LAZUR – Ujqorod Milli Universiteti Hüquq fakültәsinin dekanı, professor, hüquq elmlәri doktoru;
Yelena BAQREYEVA – Rusiya Federasiyası Hökumәtinin yanında Maliyyә Universiteti, professor, hüquq elmlәri doktoru;
Yesberqen ALAUXANOV – “Qazaxıstanın Elm vә Hәyatı” beynәlxalq elmi-kütlәvi jurnalın baş redaktoru, professor, hüquq elmlәri doktoru;
Qulu NOVRUZOV – Azәrbaycan Respublikası Dövlәt Gömrük Komitәsinin Akademiyasının rәisi, gömrük xidmәti general-mayoru, dosent, hüquq üzrә fәlsәfә doktoru;
Etibar ƏLİYEV – Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası, professor, hüquq elmləri doktoru.
REDAKSİYA HEYƏTİNİN ÜZVLƏRİ:
Elmi redaktor – MƏMMƏDOV R.F. – Bakı Dövlət Universiteti Hüquq fakültəsi Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor, hüquq elmləri doktoru;
Elmi məsləhətçi – MƏMMƏDOV Ə.Q. – BDU Hüquq fakültəsi “Beynəlxalq xüsusi hüquq və Avropa hüquq” kafedrasının müdir, dosent hüquq üzrə fəlsəfə doktoru.
Məsləhətçi redaktor – HÜSEYNOVA F.E. – BDU Hüquq fakültəsinin “BXH və Avropa hüququ” kafedrası, dosent, hüquq üzrə elmlər doktoru.
İnzibatçı redaktor — RƏHİMOVA M.S. – Bakü Devlet Üniversitesi Hukuk Fakültesi İnsan Hakları ve Bilgi Hukuku Bölümü Öğretim Üyesi, UNESCO, avukat.
Şef-redaktor:
– KƏRİMOV A.T. – Dövlət Vergi Xidməti Bakı şəhəri OVNUT Baş idarəsi, rəisin birinci müavini, baş vergi xidməti müşaviri, hüquqşünas.
Redaktorlar:
– ABBASOV A.Q. – Bakı Dövlət Universitetinin «İngilis dili» kafedrasının müdiri, Əməkdar müəllim, professor, filologiya üzrə fəlsəfə doktoru.
– HACIBƏYLİ A.K. – Bakı Dövlət Universiteti Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquqşünas.
– KƏRİMLİ N.N. – Bakı Dövlət Universiteti Hüquq fakültəsi İnzibati hüquq və inzibati prosessual hüquq kafedrası, magistr.
– HƏSƏNLİ A.V. – “Hüquqi Müstəvi” elmi-nəzəri, praktiki jurnalın redaktoru.
– HÜSEYNOV M.H. – Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi, әmәkdaş, polis polkovniki, hüquqşünas.
– CAMALOV V.K. – Opifex MMC Texnoloji Direktoru və jurnalın informasiya-kommunikasiya işləri üzrə redaktoru
